Azərbaycan Rusiya və Ukraynaya arasında vasitəşi ola bilər - Ekspert

18:17 10.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İtaliyada keçirilən 50-ci Beynəlxalq Çernobbio Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev dünyaya mühüm mesajlar verdi. Azərbaycan liderinin çıxışı dünyanın aparıcı media orqanlarının diqqət mərkəzində oldu”.

Bunu hafta.az-a siyasi şərhçi Vüqar Dadaşov Prezident İlham Əliyevin italiya səfərinə dair mühüm məqamlara diqqət çəkərkən bildirib.

V.Dadaşov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin forumda Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı çıxışı maraqla izlənib.

“Blomberq-in məlumatına görə, Moskva və Kiyev İlham Əliyevdən dekabrda əsas razılaşmanın müddətinin başa çatmasından sonra Ukrayna ərazisindən Avropaya qaz tranzitinin asanlaşdırılması xahişi ilə müraciət edib. Həmçinin İlham Əliyev Rusiya ilə Ukrayna arasında münaqişənin həllində vasitəçi kimi çıxışına hazır olduğunu da bildirib".

Ekspert bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri və İlham Əliyevlə görüşünün Azərbaycan prezidenti İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda iştirakından öncə baş tutması heç də təsadüfi deyildi.

“Rusiya-Ukrayna arasında müharibənin son nəticələri Rusiyanı da danışıqlara meyilli edib. Böyük güclər, xüsusəndə ABŞ üzücü müharibənin davam etdirilməsini istəsə də, Rusiya və Ukrayna bu müharibənin dayandırılmasında maraqlı görünür. Azərbaycanın hər iki münaqişə tərəfləri ilə isti münasibəti və Azərbaycan Prezidenti İlham Əliyevin böyük beynəlxalq nüfuzu münaqişə tərəflərinin mövqeyinin yaxınlaşdırılmasına müsbət təsir edə bilər. Bu mesajlar Forumda da öz əksini tapdı".