Azərbaycan və Türkiyə prezidentləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

13:20 10.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Hafta.az-ın xəbərinə görə, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.