Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

11:16 11.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi Kaliforniyada meşə yanğınları ilə bağlı ABŞ-yə başsağlığı verib.

Bu barədə nazirlik "X" sosial şəbəkəsində yazıb.

"ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş miqyaşlı dağıntılar bizi dərindən kədərləndirir.

ABŞ hökumətinə və xalqına, həmçinin həlak olanların ailələrinə səmimi başsağlığı veririk.

Bütün zərərçəkənlərə tezliklə sağalmalarını və bu faciədən tez sağalmalarını arzu edirik", - deyə paylaşımda bildirilib.