Azərbaycanda COVID-19-a qarşı əleyhinə peyvənd olunanların sayı açıqlanıb

19:14 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40709 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17872 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2956663, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1931642, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1025021 təşkil edir.

Oxunma sayı 891