Azərbaycanda diplomu tanınmayan universitetlərin SİYAHISI 

12:59 25.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil sənədlərinə görə ən çox imtina verilmiş universitetlərin siyahısını açıqlayıb.

Hafta.az xəbər verir ki, bu barədə TKTA-nın bugünkü itədbirində məlumat verilib. Bildirilib ki, siyahı TKTA-ya edilən müraciətlərin təhlili nəticəsində hazırlanıb. Diplomları tanınmayan universitetlər aşağıdakılardı: 

1. Gürcüstan - Avropa Tədris Universiteti 
2. Ukrayna - Şərqi Avropa İqtisadiyyat və İdarəetma Üniversiteti 
3. Gürcüstan - Gürcüstan Yeni Universiteti 
4. Ukrayna - Avqustin Voloşin adına Karpa Universiteti 
5. Rusiya Federasiyası - Sankt-Peterburq Xarici İqtisadi əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu
6. Rusiya Federasiyası - Cənubi Rusiya Humanitar İnstitutu 
7. Rusiya Federasiyası – Dərbənd Humanitar İnstitutu 
8.Rusiya Federasiyası - Müasir Humanitar Akademiya 
9. Rusiya Federasiyası - Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti 
10. Rusiya Federasiyası - Dünya İqtisadiyyatı İnstitutu