Penitensiar xidmət və DİN-dən birgə əməliyyat

12:36 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Hafta.az xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO