Millimizin basketbolçusu ilə yeni müqavilə imzalandı

13:21 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"LANDAU Lions" komandası Azərbaycan millisinin aparıcı üzvlərindən olan Saadettin Donatla müqavilənin müddətini uzadıb.

Hafta.az xəbər verir ki, bu barədə klubun məlumatında qeyd edilib. Bildirilib ki, basketbolçu daha bir il Bakı təmsilçisinin şərəfini qoruyacaq.

Komanda daha əvvəl amerikalı Ceyms Freyzerlə 2, Orelik Gediminas və De Ondre Ceksonla isə daha 1 mövsümlük yeni müqavilə imzalayıb.

Qeyd edək ki, "LANDAU Lions" FIBA Çempionlar Liqasının yeni mövsümünə hazırlıq məqsədilə avqust ayının ilk həftəsinin son günlərində bir araya gələcək və məşqlərə start verəcək.