Yazını böyüt
Yazını kiçilt
Taxıl biçinini başa çatdıran Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri zəmilərdən 63 min 562 ton məhsul əldə ediblər.
Hafta.az xəbər verir ki, Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, 10 min 442 hektar buğda sahəsindən 48 min 839 ton, 6164 hektar arpa sahəsindən 19 min 723 ton məhsul toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 38,3 sentner, o cümlədən buğda sahələrində 42 sentner, arpa sahələrində isə 32 sentnerdir.
Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır.