Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - 1 nəfər öldü 

16:52 10.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus infeksiyasına  142 yeni yoluxma faktı qeydə alınıb,  150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə hafta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  1 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 37874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35 269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, aktiv xəstə sayı 2049 nəfərdir.

Ölkədə son sutka ərzində 7290, hazırkı dövrədək isə 988268 test aparılıb.

Sosial rubrikasından digər xəbərlər