Azərbaycanda yoluxmanın sayı azaldı, 601 nəfər

16:05 10.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb,  1593 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 224 651  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib, aktiv xəstə sayı 13 061  nəfərdir.

Ölkədə son sutka ərzində 8 368, hazırkı dövrədək isə  2 267 923 test aparılıb.