Azərbaycanın MMA döyüşçüsü növbəti qələbəsini qazanıb

14:00 18.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın MMA döyüşçüsü Edvin Abbasov Lüksemburqda keçirilən “SOKO FC 5” turnirində qələbə qazanıb.

Gənclər və İdman Nazirliyindən Hafta.az-a bildirilib ki, 61,2 kiloqram çəki dərəcəsində çıxış edən idmançı danimarkalı rəqibini III raundda texniki nokautla üstələyib.

Bununla da o, peşəkar karyerasında 5-ci qələbəsini əldə edib.

Edvin Abbasov növbəti döyüşünü yanvarın 17-də Hindistanın Qoa şəhərində keçirəcək.