Azərbaycanın süni intellekt strategiyası bəyənilir

09:06 22.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın süni intellekt strategiyasına malik olması və innovasiyadan istifadə istiqamətində regional güc olmaq ambisiyası müsbət qiymətləndirilir.

Hafta.az xəbər verir ki, bu fikirləri Londonda Azərbaycan və Böyük Britaniyadan olan peşəkarların iştirakı ilə süni intellekt mövzusunda keçirilən konfransda iştirak edən Paul Eksell açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın süni intellektdən enerji, səhiyyə, material elmləri və digər sahələrdə innovasiyaların əsas dayağı kimi istifadə etmək niyyəti diqqət çəkir.

Britaniyalı mütəxəssis bildirib ki, innovasiya güclü bacarıqların bir araya gəldiyi şəbəkələr vasitəsilə formalaşır. Vurğulayıb ki, Azərbaycan və Böyük Britaniya arasında həyata keçirilən görüşlər və əməkdaşlıq bu baxımdan ümidvericidir.