“Azəriqaz” rəhbərliyi Qəbələdə sahibkarlarla görüşəcək

12:17 11.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Qəbələdə təşkil olunacaq.

“Azəriqaz”dan hafta.az-a verilən məlumata görə, İB-nin rəhbər şəxsləri Qəbələ şəhəri, Zərifə Əliyeva parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

Məlumata görə, “Səyyar qəbul otağı” aprelin 12-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.