“Azərişığ”ın əməkdaşını "tok" vurub öldürdü

12:18 29.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə 58 yaşlı kişini elektrik cərəyanı vurub.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Belə ki “Azərişıq” ASC-nin 58 yaşlı əməkdaşı C.Vəliyevi iş vaxtı elektrik cərəyanı vurub. O hadisə yerində həlak olub.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə verilib.

Faktla bağlı araşdırma aparılır.