AzTU-nun əməkdaşı koronavirusdan vəfat edib

18:00 13.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında koronavirusdan vəfat edib.

Bu barədə APA-ya Universiterin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova məlumat verib.

Qeyd edib ki, Rəna Kərimova 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.