Azyaşlı liftdə köməksiz vəziyyətdə qaldı

12:28 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. 

Hafta.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 azyaşlının liftdən çıxarılması təmin edilib.