Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb

10:48 16.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Hafta.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində dekabrın 18-də keçiriləcək “Sparta” (Çexiya) - “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.