Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankaraya enib

21:44 05.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.

Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

Oxunma sayı 166