Yazını böyüt
Yazını kiçilt
Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.
“BOS Shelf”dən hafta.az-a bildiriblər ki, əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib. Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.
Dayaq blokunun yerdəyişmə işləri bərpa edilərək aprelin 10-da gün ərzində adi qaydada icra olunur.