Bakı Forumu bütün dünyanı düşündürən məsələləri ehtiva edir - Politoloq

17:21 16.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu başlayıb.

Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunacağı qeyd olunur. Forumun Bakı üçün əhəmiyyəti nədir?

Politoloq Rəşad Bayramov hafta.az-a bildirib ki, Qlobal Bakı Forumu dünyada cərəyan edən vacib məsələləri müzakirə edən mühüm platformadır. Onun sözlərinə görə, forumun Bakı üçün xüsusi əhəmiyyəti var.

"Çünki bu platforma müxtəlif xarici dövlətlərin keçmiş hökumət və dövlət başçılarını, eksperlərini öz ətrafında birləşdirir. Məlum olduğu kimi, qlobal Forumun əsas təşkilatçısı kimi çıxış edən beynəlxalq mərkəz öz sıralarında Avropa qitəsinin 25 ölkəsindən, Amerika qitəsinin 2, Asiya qitəsinin 12, Afrika qitəsinin 4 ölkəsindən ayrı -ayrı görkəmli şəxsləri öz ətrafında birləşdirir. Forum təkcə Azərbaycanı deyil, bütün dünyanı düşündürən məsələləri ehtiva edir. İndiki gərgin dönəmdə Rusiyanın Ukraynaya təcavüzü dönəmində, Yunanıstanın Türkiyə ilə gərginliyi yaranmış münasibətlər fonunda Forum daha əhəmiyyətli status alır".

Politoloq bu gün Bakının dünyada cərəyan edən prosesləri müzakirə etmək üçün vacib məkana çevrildiyini qeyd edib. Onun sözlərinə görə, bu faktın özü də mühüm məqamdır.
" Bu Forumda dünyanın nəhəng intellektual potensialı cəmləşib. Zəngin təcrübəli şəxslərin bir araya toplaşması forumun əhəmiyyətini və müzakirə olunan məsələ ilə bağlı müəyyən bir yol xəritəsin cızır".