Bakı sakini evində bıçaqlanıb

10:59 07.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Quliyev Hatəm Taleh oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.