Bakı-Şamaxı-Yevlax avtomobil yolunda rənglənmə işləri aparılır

12:41 11.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 6-14-cü kilometrlik hissəsində yol-cizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, sözügedən işlər bir neçə gün davam etdiriləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.