Bakı-Tbilisi-Qars dəhlizinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur - Ceyhun Bayramov

13:07 27.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Tbilisi-Qars (BTQ) dəhlizinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan, Türkiyənin Xarici İşlər nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinq zamanı deyib.

"Ölkələrimiz arasında qarşılıqlı fəaliyyət qurulub. Bu gün biz ilk dəfə üçtərəfli əməkdaşlıq barədə bəyannamə imzaladıq. Nəqliyyat sahəsində əməkdaşlıq vacib və perspektivli hesab edirik. Bu gün imzalanmış Bakı bəyannaməsi bu təşəbbüslərin genişləndirilməsi və müvafiq işçi qrupunun yaradılmasında vacib rol oynayacaq. İşçi qrupunun növbəti görüşü yaxın aylarda Qazaxıstanda keçiriləcək", - deyə o bildirib.

Nazir qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəhlizinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

"Bütün bunlarla yanaşı, biz Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsindən sonra yaranmış yeni reallıqları müzakirə etdik. Zəngəzur dəhlizi Aİ, Türkiyə və Asiya istiqamətində marşrrutun qurulmasında xüsusi rol oynayır", - C.Bayramov deyib.

Oxunma sayı 154
Gündəm rubrikasından digər xəbərlər