Bakıda 6 prokuror məsuliyyətə cəlb edilib

16:58 20.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 6 ayı ərzində Bakı şəhərinin prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Hafta.az-ın məlumatına görə, bunu bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib.

O bildirib ki, onlardan 2 nəfərə töhmət, 1 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər prokurorluq orqanlarından xaric edilib.