Bakıda bu küçə təmirə bağlanır

13:59 13.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar ayının 14-də Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində təmir işləri aparılacaq.

 

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.