Bakıda daha bir intihar - Qadın özünü tavandan asdı

22:25 10.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha bir intihar hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, martın 9-u, günorta saatlarında Yasamal rayonun “Sovetski” adlanan hissəsində yaşayan 1976-cı il təvəllüdlü Kəmalə Həsənova özünü öldürüb. 

O, yaşadığı fərdi yaşayış evinin içərisində başına bağladığı örpəklə özünü tavandan asıb.

K.Həsənovanın psixoloji problemləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).