Bakıda ev əşyaları ilə yanıb külə döndü

10:00 22.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.