Bakıda gənc qızı maşın vurdu

23:58 13.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə "28 Mall" Ticarət Mərkəzinin qarşısında olub.

 

Avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Hüseynli Sona Tolik qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.