Bakıda piyadanı maşın vurdu

23:49 23.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonun yaşlı qadını avtomobil vurub.

 

Hafta.az xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.

 

1958-ci il təvəllüdlü Məmmədova Adilə Qəzənfər qızı yaşadığı evdən çıxıb yolun əks tərəfinə keçən zaman onu minik avtomobili vurub. 

 

Yaralı bel fəqərələrinin əziyi və aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.