Bakıda "Shahin Novrasli Festival 2026" açıldı - FOTO

14:24 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

3 iyul axşamı İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında "Shahin Novrasli Festival 2026" açıldı. Festival Nomade və Jozefina Bekerin Latın Amerikası musiqisindən ibarət coşğun konsertlə başladı. Erik Jako (bas) və Ayzek Camba (zərb alətləri) də çıxış etdilər. Festivalın canlı açılışı böyük bir izdihamı cəlb etdi.

Hafta.az yazır ki, ilk notdan musiqiçilər tamaşaçıların diqqətini cəlb etməyi və onu son akkorda qədər saxlamağı bacardılar. Dinamik, şən və enerjili konsert festival qonaqlarını qısa vaxtda bir çoxlarının birlikdə oxuduğu Latın Amerikası şənliyi atmosferinə qərq etdi. Konsert sürətlə keçdi və musiqiçilər alqışlarla qarşılandı.

Nomade, ənənəvi Latın Amerikası musiqisi və müasir tendensiyaların birləşməsinə əsaslanan Latın Amerikası musiqi qrupudur. Solist Jozefina Beker öz ritmləri və aranjimanları ilə birlikdə klassik Latın Amerikası melodiyalarının motivlərini improvizasiyalarına daxil edir.

"Shahin Növrasli Festival 2026" iyulun 12-dək İçərişəhərdə keçiriləcək. On gün ərzində Bakı sakinləri və qonaqları on ölkədən tanınmış musiqiçilərin ifasında müxtəlif janrlardan xüsusi musiqi proqramından zövq alacaqlar. "Shahin Novrasli Festival 2026" həmçinin festival yarmarkası, gündəlik DJ setləri, gənc istedadların konserti, ədəbi müsabiqə və cem sessiyaları da təqdim edəcək.