Bayden: “Çin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ hərbi müdaxilə edəcək”

11:24 23.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır.

APA “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Yaponiya Baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib.

Bayden Çinin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ-ın hərbi müdaxilə edəcəyini vurğulayıb. O, Rusiyanın Ukraynanı işğal etməsindən sonra özünü idarə edən adanın qorunması öhdəliyinin daha da gücləndiyini bildirib.

O, Çinin Tayvan sərhədinə yaxın uçuşlar həyata keçirməklə təhlükə ilə oynadığını qeyd edib.

Bayden adanın statusunun güc yolu ilə dəyişdirilməsi ideyasının yersiz olduğunu və bunun Ukraynadakına bənzər vəziyyətə səbəb ola biləcəyini diqqətə çatdırıb.

Oxunma sayı 60