Bayram günlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

16:17 25.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən hafta.az-a verilən məlumata görə, 6 yanvar tarixindən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.