BƏƏ səfirliyin online konfrans keçirib

14:11 04.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi sentyabrın 4-də “BƏƏ-də gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi” mövzusunda online konfrans keçirib.

Səfirlikdən Hafta.az-a verilən məlumata əsasən, tədbirin moderatoru BƏƏ səfirliyinin Media Tədqiqatçısı Cəmilə Dəmirova olub. Online konfransda BƏƏ səfirliyinin diplomatı Nouf Alşehhi, Ombudsman Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva, AMEA Hüquq və İnsan Haqları İnstitutunun Elmi İşlər üzrə direktor müavini Lalə Əhmədova, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova, BƏƏ səfirliyinin aparıcı tədqiqatçısı Mirvari Ağakişiyeva iştirak ediblər. 

Konfrans iştirakçılarına BƏƏ-nin gender bərabərliyi sahəsində gördüyü işlər və qazandığı uğurlar barədə məlumat verilib, Əmirliklərin bu sahədə 2021-ci ildə dünyanın aparıcı 25 ölkəsindən birinə çevrilmək üçün dövlət strategiyasından bəhs edilib. O cümlədən, iştirakçılar təmsil etdikləri qurumların bu sahədə yerli və beynəlxalq arenada atdığı addımları, planları haqqında məlumat verib.

Konfrans qarşılıqlı fikir mübadilələri şəklində davam etdirilib, BƏƏ ilə sözügedən mövzuda müştərək tədbirlərin davam etdirilməsi üçün təkliflər irəli sürülüb.

Sosial rubrikasından digər xəbərlər