Yazını böyüt
Yazını kiçilt
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində ikigünlük yay düşərgəsinə start verilib.
Hafta.az xəbər verir ki, iyulun 28-də Naxçıvanda yaşayan şəhid övladları və şəhid xanımları Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yay düşərgəsinə yola düşməzdən əvvəl Zəfər parkını ziyarət ediblər.
Layihə çərçivəsində düşərgə iştirakçıları üçün intellektual, maarifləndirici, idman və əyləncə proqramlarının təşkili nəzərdə tutulur.