ABŞ-ın fəxri qonağı olduğu və 20 fərqli ölkənin qatıldığı Beynəlxalq Əlcəzair Sərgisi 53-cü dəfə qapılarını ziyarətçilərinin üzünə açıb.
Hafta.az-ın APS-ə istinadən yazdığına görə, "Strateji ortaqlıq üçün" başlığıyla düzənlənən sərginin açılışına Əlcəzair prezidenti Əbdülməcid Tebbun, Baş nazir Eymən bin Əbdürrəhman, Ticarət naziri Kamal Ruzeyk, diplomatik korpusun təmsilçiləri, digər yüksək rütbəli dövlət və hökumət nümayəndələri qatılıblar.
İyirmi ölkədən 187 şirkətin iştirak etdiyi sərginin rəhbəri Əli Fərrah bildirib ki, bu yıl "Strateji Ortaqlıq üçün" şüarının seçilməsində məqsəd, xarici şirkətləri Əlcəzairə sərmayə qoymağa təşviq etməkdir. Onun sözlərinə görə, builki fəxri qonaq olan ABŞ nümayəndə heyəti sərgiyə 35 nəfərlə qatılıb.
Sərginin iyunun 18-dək davam edəcəyi bildirilir.