Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət 24 komanda SAF-2025- “Beynəlxalq STEAM Azərbaycan Festivalı”nın final mərhələsində iştirak edir.
Bu barədə Hafta.az-a Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, festivalın final mərhələsində Balakən rayonunun məktəblilərindən ibarət “Engineers of Future: Powered by AI”, “NextGen Creators”, “Rolling Minds”, “RoboSoccer”, “Boat Racing” və “Innovation and Entrepreneurship” komandaları, Zaqatala rayonu üzrə “RoboGames”, “RoboGames Kids”, “Imagination to Reality”, “FlyTech”, “Robot Competition Kids” və “Innovation and Entrepreneurship”, Qax rayonu üzrə “Mexatronika”, “RoboGames”, “CubeSat”, “Boat Racing”, “Robot Competition Kids” və “Robot Competition”, Şəki rayonu üzrə “Innovation and Entrepreneurship”, Qəbələ rayonu üzrə “CubeSat”, Oğuz rayonu üzrə isə “NextGen Creators” və “CubeSat” komandaları iştirak edirlər.
Xatırladaq ki,festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.
Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir.
Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
Tahirə Qafarlı