Binəqədidə avtomobil piyadanı vurdu

14:47 14.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Yolu keçən 1971-ci il təvəllüdlü Əmirov Bağdar Qorxmaz oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.