Bir-birinə çox bənzəyən türk məşhurlar

09:29 18.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk kino və televiziyasının rəngarəng dünyasında inanılmaz dərəcədə bir-birinə bənzəyən aktyorlara rast gəlmək mümkündür.

Hafta.az-ın yazdığına görə, bu oxşarlıqlar bəzən tamaşaçını təəccübləndirsə də, bəzən zövqlü oyun mühiti yaradır. Bir-birinə əkizlər qədər bənzəyən məşhur adlar bunlardır:

Esra Bilgiç və Handə Soralın təəccüblü oxşarlığı diqqəti çəkən ilk nümunələrdəndir. Üz cizgiləri və gülüşlərindəki oxşarlıqdan tez-tez çaş-baş qalan ikili türk kinosunun istedadlı gənc adları sırasındadır. Eynilə Berfu Öngörənlə Esra Kızıldoğanı da eyni kadrda təsəvvür etmək çətin deyil. Hər iki aktyorun iti üz cizgiləri və buğdaya çalan dərisi onları bir-birindən ayırmağı çətinləşdirir.

Televiziya ekranlarının məşhur simalarından olan Nəbahat Çehrə və Evrim Alasya yaşlarına meydan oxuyan gözəllikləri ilə diqqət çəkir. Hər iki ustad aktyorun xarizmatik duruşu və təsirli görünüşü onların oxşarlığını daha da qabarıq göstərir. Fatma Girik və Fulya Zənginər arasındakı oxşarlıq türk kinosunun əfsanəvi adlarından birini yada salır.

Siyahı uzadılarkən Məral Zerən və Yağmur Tanrısevsin, Filiz Akın və Əzgi Asaroğlu, Gönül Ayrincər və Badə Çalış kimi adlar da təəccüblü oxşarlıqları ilə diqqət çəkir. Hülya Koçyiğit və Serenay Sarıkayanın oxşarlığı nəsillərarası keçidi ortaya qoyur.

Nəhir Ərdoğan və Funda Əryiğit, Səadət Işıl Aksoy və Handə Subaşı, Göksün Çam və Büşra Dəvəli kimi gənc nəsil aktyorların yer aldığı siyahıda İrəm Dərici ilə Nuray Işıktaşın oxşarlığı diqqətdən qaçmır. Gülşən Bübikoğlu və Ebru Cündubəyoğlu və Özgə Özberk və Sevinç Erbulak bizə türk kinosunun müxtəlif dövrlərindən iki oxşar simanı xatırladır.