Yazını böyüt
Yazını kiçilt
Lənkəranda yanğın hadisəsi qeydə alınıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Lənkəran şəhərinin Şilim kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, mətbəxinin, aynabəndinin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.