Biz meydanda xarakter qoymağı Ali Baş Komandandan öyrənmişik - Elşən Musayev

11:52 23.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İdman böyük siyasətdir. Biz bu siyasətdən düzgün istifadə etməliyik”. Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşən Musayev bildirib.

Deputat “Qarabağ” klubunun dünən Bakı meydanında keçirilən oyunda qazandığı uğura diqqət çəkərək, klubun məşqçisi Qurban Qurbanovun dediyi sözlərə istinad edib.

O, “Biz meydanda xarakter qoymağı Ali Baş Komandandan öyrənmişik, onun siyasətdə qoyduğu yolu davam edirik”-deyən Qurbanovun fikirlərini sitat çəkərək, klubun dünənki oyununa qiymət verib.

E.Musayev futbolun təşkili və inkişafında rolu olan, sponsurluq edən təşkilatların vergi məsələsinə diqqət ayrılmasını mühüm amil kimi önə çəkib.

O, eyni zamanda “Qarabağ” klubunun yaranması və inkişafında xüsusi rolu olan deputat Aqil Abbasın adını xüsusilə vurğulayıb.