Yazını böyüt
Yazını kiçilt
ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə Çinə planlaşdırılan səfəri ABŞ hava məkanında Çinin "casus şarı"na görə təxirə salınacaq. Bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Səfərin dəqiq tarixləri açıqlanmayıb, lakin media mənbələrinin məlumatına görə, səfər fevralın 5-6-da baş tutmalı idi.
Fevralın 3-də Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ ordusu son bir neçə gün ərzində ölkənin şimal hissəsində Çinə aid şübhəli kəşfiyyat şarını izləyib.