BMU-nun məzunu Kanadanın Letbric Universitetində  

16:12 25.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisası üzrə 2018/2019-cu tədris ilinin bakalavr məzunu Murad Ziyatxanlı magistratura təhsilini Kanadanın tədqiqat üzrə məşhur universitetlərindən olan Letbric Universitetinin "Dhillon School of Business” fakültəsində davam etdirir.

Hafta.az yazır ki, BMU-nun məzunu magistraturada dərslərin çətin olmasına baxmayaraq, ilk semestri 90.5 orta müvəffəqiyyət göstəricisi ilə bitirib, eyni zamanda yüksək rəqabətli CFA təqaüdünə layiq görülüb. O, dərsləri müvəffəqiyyətlə başa vurduğu üçün növbəti semestrdən etibarən ixtisası üzrə dissertasiya yazmağa başlayacaq.

Qeyd edək ki, M.Ziyatxanlı universitetin Maliyyə ixtisasına 682 balla daxil olub və Prezident təqaüdünə layiq görülüb. Təhsil aldığı müddətdə PAŞA Bank təqaüdünü də qazanan BMU tələbəsi bakalavr təhsilini 95.35 bal ümumi orta müvəffəqiyyət göstəricisi ilə bitirib.