Böyük rəssamların əsərləri "nasist" şübhəsi ilə sərgidən çıxarılıb

09:15 25.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçrənin aparıcı incəsənət muzeylərindən olan Kunsthaus Zurich II Dünya Müharibəsi illərində tikilib. II  Dünya Müharibəsi zamanı nasistlər tərəfindən talan edildiyi ehtimal olunan rəsm əsərlərinin sərgidən çıxarılması qərara alınıb.

Hafta.az-ın “Times of Israel”ə istinadən yazdığına görə, sərgidən çıxarılacaq 5 rəsm arasında məşhur rəssamlar Vincent van Qoq, Klaude Monet, Qustav Qurbet, Henri de Tulouze-Lotrec və Paul Gauguinin əsərləri də var.

Əsərlər muzeydəki Emil Bührle kolleksiyasına aiddir. Alman əsilli isveçrəli iş adamı Bührle II Dünya Müharibəsində anadan olub. O, müharibə zamanı nasistlər üçün qaçaqmalçılıq yolu ilə sərvət qazanıb.

Muzey rəsmiləri əsərlərin nasistlər tərəfindən oğurlandığı şübhəsi ilə sərgidən çıxarılacağını açıqlayıb.

Bührle Collection rəsmiləri də sözügedən 5 rəsmin oğurlana biləcəyinə dair şübhələrdən sonra əsərlərin sərgidən çıxarılmasını istədiklərini bildiriblər.

Son araşdırmalara görə, bu rəsmlərin yəhudi əsilli alman iş adamı Maks Silberberqə aid olduğu güman edilir. Ehtimal olunur ki, nasistlər Silberberqi aşağı qiymətə əsərləri hərraca çıxarmağa məcbur edib və sonradan rəsmlər Bührle tərəfindən alınıb. Müstəntiqlər Silberberqin Auşvits-Birkenau həbs düşərgəsində öldürüldüyünü bildirirlər.

Bührle Collection rəsmiləri, araşdırmalar tamamlandıqdan sonra lazım gələrsə, Silberberqin ailəsinə təzminat ödəniləcəyini də bildirib.