Braziliyalı futbolçu 41 yaşında Avropaya qayıtdı

22:50 20.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Braziliyalı tanınmış futbolçu Tiaqo Silva özünə yeni komanda tapıb.

Hafta.az xəbər verir ki, 41 yaşlı müdafiəçi Portuqaliyanın “Portu” komandasına keçib.

Onunla 1 illik müqavilə imzalanıb. Klub təcrübəli oyunçu ilə sözləşməni daha 6 ay uzada bilər.

Xatırladaq ki, Tiaqo Silva son olaraq Braziliyanın “Fluminense” klubunda oynayıb.