Brent nefti ucuzlaşdı

11:51 10.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında neftin qiymətində müşahidə edilən ucuzlaşma, bu gün də sürətlənərək davam edib.

 

Hafta.az xəbər verir ki, ABŞ xam nefti və Brent nefti 1 faizdən çox ucuzlaşıb. Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 1,25% ucuzlaşma ilə 104,62 dollara satışa çıxarılıb.

 

Qeyd edək ki, Avropa İttifaqının Rusiya nefti ilə bağlı embarqo planını yumşaldacağına dair xəbər axını neft bazarlarına təsir göstərib. Avropa Birliyinin daxili müzakirələrdən sonra Rusiya neftinə tətbiq edəcəyi sanksiyaları yumşaltması gözlənilir.