Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniya İranın Bəsic milisləri və onun kooperativ fonduna qarşı sanksiyalar tətbiq edib. Bu barədə krallığın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
London Bəsicləri "etirazları vəhşicəsinə yatırmaqla" İranda insan haqlarını, o cümlədən yaşamaq, toplaşmaq və ifadə azadlığını ciddi şəkildə pozmaqda ittiham edir.
Eyni zamanda, Bəsic Fondunun özü də İslam Respublikasında ciddi insan haqlarının pozulmasına səbəb olan xidmətlərin maliyyələşdirilməsinə görə sanksiya siyahısına daxil edilib.