Yazını böyüt
Yazını kiçilt
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xidməti avtobuslar alır.
Hafta.az bu haqda dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, satın alınacaq 3 ədəd avtobus agentliyin müvafiq sosial xidmət müəssisələri üçün nəzərdə tutulub.
Avtobusların istehsal ilinin minimum 2023-cü il olması əsas şərtlərdəndir.
Agentliyə avtobusları “Azərmaş Park” Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil verəcək. Bunun müqabilində şirkətə 720 min manat ödəniş ediləcək.