Bu ay Şuşaya köçüçürüləcək əhalinin sayı açıqlandı 

09:38 14.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Artıq iyun ayında Şuşa şəhərində 370 ailə – 1 450 nəfər yaşayacaq.

 

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib.

 

“Artıq şəhərimizə köç başlayıb. İyun ayında 370 ailə – 1 450 nəfər şəhərimizdə yaşayacaqlar. Bu, böyük xoşbəxtlikdir. Mərhələ-mərhələ hər bir şuşalı doğma yurduna xoşbəxt həyatını davam etdirəcək”, – o qeyd edib.

 

Xatırladaq ki, mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.