Bu ərazilərdə qaz KƏSİLƏCƏK

17:28 05.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə hafta.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu Yoncalıq və Can təpə yaşayış massivləri, Binəqədi şosesi 1, 2, 3-cü döngələr, M.Ə.Sabir, Dədə Qorqud, Mirəli Qaşqay, Yusif Məmmədəliyev küçələrində qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş yeraltı qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar 06.03.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə qeyd olunan ünvanlarda 9000 istehlakçının qaz təchizatında fasilə yarancaq.