Bu futbolçu Premyer Liqada klubunu dəyişdi

17:45 03.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Çelsi"nin futbolçusu Tayrik Corc Premyer Liqada klubunu dəyişib.

Hafta.az xəbər verir ki, "Everton" ingiltərəli vingeri icarəyə götürüb.

İngiltərə U-21 millisinin üzvü mövsümün sonuna qədər "Everton"un formasını geyinəcək.

Qeyd edək ki, Tayrik Corc "Everton"un yetirməsidir. 19 yaşlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.